Dəb dünyasında yeni trend: Heykəlvari sırğalar

Dəb dünyasında yeni trend: Heykəlvari sırğalar
11811 dəfə oxunub
  • A-
  • A
  • A+

Müasir incəsənətə səsləyən sırğalar heykəlvari və möhtəşəm formaları ilə 2018-ci ilin yaz və yay kolleksiyaların ən yaxşı aksessuarları arasında yer almışdı.

Axşam.az xəbər verir ki, sözügedən aksessuarlar bu il də dəbdə olacaq.

Məftunedici sırğalardan bir cüt seçmək üçün sevimli sənətçilərinizdən də ilhamlana bilərsiniz.

Amerikalı heykəltaraş Aleksandr Kalder fanatları “Roksanda”, sürrealist dizaynların arxasınca qaçanlar isə “Leigh Miller” brendinin sırğalarından istifadə edə bilər.

Sırğaları istər etnik geyimlər, istər cins şalvarlarla kombin edərək daha da cəlbedici görünə bilərsiniz.