“Yumorist” filmi ilə məşhurlaşan rusiyalı Semyon Şteynberq Moskvada yıxılıb və başı yerə çırpılıb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə onun başı zədə alıb və qanamağa başlayıb.

Hadisə yerinə təcili tibbi yardım çağrılıb, lakin həkimlər qanaxmanı dayandırmağa müvəffəq olmayıblar. Aktyor dərhal xəstəxanaya aparılıb.

Hazırda tibbi nəzarətdə olan sənətçi jurnalistlərə açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 34 yaşlı Şteynberq bir çox ekran işlərində epizodik rollarda, həmçinin, “Selfie” və “Donuz ili” filmlərində baş rolda oynayıb.

 
 
 
 


                 

Digər Xəbərlər