Ötən ilin dekabrında təşkil edilən "Miss Moskva" yarışmasının qalibi Alesya Semerenko olmuşdu.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə açıqlamasında "Bundan əvvəl də qatılıb 20-ci olmuşdum. Qərarın ədalətsiz olduğunu və daha yaxşı yerlərə layiq olduğumu düşündüm" sözlərini demişdi.

Alesya həmçinin məqsədinin imkanlı həyat yoldaşı tapmaq və xeyriyyə işlərinə vaxt ayırmaq olduğunu bildirmişdi.

Lakin yeni yayılan məlumata görə, onun tacı əlindən alınıb. Buna səbəb isə modelin təşkil olunan xeyriyyə tədbirlərinə qatılmaması olub.

Alesya buna səbəb kimi xəstə olmasını göstərib. Lakin sosial media paylaşımları Semerenkonun yalan dediyini ortaya çıxarıb.

Ardınca tac yarışmanın ikincisi Kseniya Palenovaya verilib.

Bununla da Alesya uzun illərdir təşkil edilən yarışmada tacı əlindən alınan ilk iştirakçı olub.







                 

Digər Xəbərlər