"Manchester City", "Sunderland", "Leeds United" kimi futbol komandalarında oynayan futbolçu Adam Conson həbsdən çıxıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-ddan 2022-ci ilə qədər həbs cəzası alan futbolçu şərti olaraq azadlığa buraxılıb.

Lakin Adama başqa cəzaverilib. O, bundan sonra qızını tək görə bilməyəcək. Belə ki, ikilinin yanında mütləq şəkildə üçüncü şəxs olacaq.

Qeyd edək ki, Conson "Sunderland" futbol klubunun azarkeşi olan 15 yaşlı qıza təcavüz etmişdi. Bundan əlavə 31 yaşlı futbolçunun bir neçə 18+ sayta abunə olduğu da ortaya çıxmışdı.



                 

Digər