Yeni simalar, sosial media fenomenləri çıxdıqca, məşhurlarımızın İnstaqram hesablarındakı rəqəmlər tez-tez dəyişir.

Axşam.az bu dəfə İnstaqramda ən çox izlənilən 10 azərbaycanlının siyahısını tərtib edib.

Bloger Hüseyn Həsənovun 10 milyon 300 min izləyicisi var.

Treyner və idmançı Bahar Nəbiyevanın izləyici sayı 2 milyon 400 min nəfərdir.

Rusiyada fəaliyyət göstərən həmyerlimiz Jah Khalibin (Bəxtiyar Məmmədov) izləyici sayı isə 2 milyon 90 mindir.


Sevil və Sevinc bacılarını İnstaqramda 2 milyon 45 min nəfər izləyir.

Zaur və Günay cütlüyünü “follow” edənlərin sayı 1 milyon 716 mindir.

Əməkdar artist Röya Ayxan tez-tez paylaşdığı “Story”lərlə 1 milyon 700 min izləyiciyə xitab edir.

Damlanın İnstaqram fanatları 1 milyon 627 min nəfərdir.

Dünyaca məşhur ulduzların da izlədiyi Anar Ağakişiyevin 1 milyon 403 min izləyicisi var.

Vüsalə Əlizadə fotolarını 1 milyon 397 min izləyicisi ilə bölüşür.

Xalq artisti Emin Ağalarovu isə 1 milyon 396 min nəfər izləyir.

Günay İbrahimli 1 milyon 346 min izləyicisi ilə siyahımızın 11-ci pilləsində qərarlaşıb.



                 

Digər