Cocuq Mərcanlı kəndində Novruz bayramı münasibətilə şənlik keçirilib.

Axşam.az-ın məlumatına görə, insanlar yandırılan tonqalın başına yığışıblar. Tədbirdə şou-biznes nümayəndələri də iştirak ediblər.

Aparıcı Lamiyə Ələkbərovanın təşkil etdiyi konsertdə xaql artisti Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Gülyaz və Gülyanaq Məmmədova, Mübariz Tağıyev, əməkdar artist Vasif Məhərrəmli, Mətanət İsgəndərli, müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, aşıq Əli Tapdıqoğlu, rəqqasə Fatimə Fətəliyeva və başqaları yer alıblar.

Tədbirdə ilk olaraq Dədə Qorqud personajını canlandıran aktyor çıxış edib. O, Cocuq Mərcanlıdakı yenilikdən bəhs edib.

Qeyd edilib ki, erməni işğalından azad edilən Cocuq Mərcanlıda ilk dəfə Novruz konserti keçirilir.

Foto: İlqam CƏBİYEV
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər