Türkiyədə "aşirət" başçısı Leylaya elçi düşdü - Fotolar

Türkiyədə "aşirət" başçısı Leylaya elçi düşdü -  Fotolar
15721 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ənənə boxçası" verilişi ilə tanınan aparıcı Leyla Mustafayeva milli geyimdə fotoqraf Ramin Aslanovun obyektivi qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, aparıcı şəkillər çəkdirməklə yanaşı səfərləri zamanı başına gələn maraqlı hadisələrdən də danışıb.

Sonuncu dəfə Türkiyənin Mardin bölgəsinə yollanan Leyla orada evlilik təklifi aldığını deyib. O bildirib ki, Mardində "aşirət" başçısının oğlu onunla evlənmək istəyir:

"Mardinli ailənin toyunu çəkdim. Orada bir kişi gələndən sonra mənə xəbər göndərib ki, evlənmək istəyir. Mənə elçi düşüb. Özü də onlarda "aşirət" deyilən tayfanın başçısının oğludur. Ona ərə getsəm "Xanım ağa" olacam. Hətta deyir ki, gəlib Azərbaycanda toy edib, səni gətirəcəm".