Mədəniyyət Nazirliyinə 2 milyon pul ayrıldı

Mədəniyyət Nazirliyinə 2 milyon pul ayrıldı
240 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev “Çıraqqala” abidənin bərpası ilə bağlı Mədəniyyət Nazirliyinə pul ayırıb.

Axşam.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın”.