Bekhamın heykəlini düzəltdilər, əhvalı pozuldu - Video

Bekhamın heykəlini düzəltdilər, əhvalı pozuldu - Video
11432 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur futbolçu Devid Bekham aparıcı Ceyms Kordonun zarafatı ilə qarşılaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Ceyms onun heykəlinin saxtasını düzəltdirərək göstərib.

Məkana gələn Devid isə elə bilib ki, bu heykəl ona eks-komandasının hədiyyəsidir.

Heykəlinin üstündəki örtük açılanda isə futbolçu çaş-baş qalıb. Çünki düzəldilən heykəlin onunla heç bir oxşar yanı olmayıb.

O, “Bu heykəlin ən yaxşı yeri saçlarıdır” deyə, çaşqınlığı gizlətməyə çalışıb. Onun əhvalının korlandığını görən Kordon dərhal Bekhamın yanına gəlib və ona hər şeyin zarafat olduğunu başa salıb.