Kimdir yalan danışan? - Emil, atası, yoxsa reytinq üçün Zaur...

Kimdir yalan danışan? -  Emil, atası, yoxsa reytinq üçün Zaur...
5400 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Rəhman "O səs Türkiyə" yarışmasına qatılması və ya qatılmaması ətrafında gedən mübahisələrə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı qonaq olduğu "Hər şey daxil" verilişində açıqlama verərək günahları medianın üstünə atmağa, yalan yazıldığını iddia etməyə çalışıb. 

Özünü Emilin sevgilisi kimi təqdim edən Sabrina adlı müğənni xanım məsələyə belə münasibət bildirib:

"Emilə mən təklif etdim ki, gedək "O səs Türkiyə"yə qatıl və İstanbulda da yaşayaq. Dostlarımızın dəstəyi ilə getdik, sağ olsunlar, sonra bizi yarıyolda qoydular. Biz İstanbulda olanda heç yarışmaya getməmişdik, piar var idi. Gülürdük ki, niyə soruşmadan yazırlar? Bir verilişdə reytinq olması üçün danışdılar. Özləri yalan danışıb, özləri Emili yalançı çıxardı".  

E.Rəhman "O səs Türkiyə"dən uzaqlaşdırılmasının əsl səbəbini açıqlayıb:

"Oktyabrın 8-də ad günümüzü keçirdik, 12-15 gün sonra getdik İstanbula və 1 ay orada qaldıq. Hələ mən yarışmaya getməmişdim, heç yaxınlaşmamışdım, evdəkilər dedi ki, sənin haqda saytlar yazır: guya, Emil çıxıb oxuyub, Hadisə ağlayıb. 

Bizə orada dəstək olan insanlar yarışma ilə aramı vurdular. Deyiblər ki, narkotik aludəçisidir, sizi yarımçıq qoyacaq, gəlməyəcək, belədir. Onlarda mənə yaxşılıq etdilər ki, biz deməyək əsas məqsəd nədir. Narkomanlıq adı çıxmasın, sən özün denən ki, belə hadisə oldu".
 
"Emil 4 münsif olan mərhələyə çıxmayıb. Onlara qədər olan mərhələyə çıxıb. Hər müğənninin komandası olur, onlar yazır. Bunu araşdırın, sonra yazın" deyərək, proqramın aparıcısı, prodüser Tarix Əliyev (Tolik) bildirib.

Tolik daha sonra Emilin narkotik maddə istifadəçisi olduğu üçün yarışmadan çıxarıldığını açıqlayıb.

Xatırladaq ki, Emilin "O səs Türkiyə" yarışmasına gedib, oxuması ilə dörd münsifi ayağa qaldırması, münsiflərin ağlaması xəbərini Emilin atası, əməkdar artist Rəhman Rəhmanov Zaur Baxşəliyevin "Bizimləsən" verilişində deyib. Daha sonra isə ata və oğul ARB kanalında efirə gedən "Səhər-səhər" proqramında eyni sözləri danışıb. Sonra isə Emil müsabiqədən uzaqlaşdırılması səbəbi kimi proqramlarda verdiyi açıqlamanı göstərib. O, "Açıqlama verərək qaydaları pozdum və uzaqlaşdırıldım" sözlərini demişdi. Bu gün isə Emil açıqlamanı atasının canlı yayımda verdiyini unudaraq, hər şeyi medianın üstünə atmağa çalışıb.