"Onun sənəti yoxdur. Bəstəkardır. Danılmaz faktdır, gözəl bəstələri var. Amma oxumağın “O” hərfindən xəbəri olmayan bir insandır".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov ARB TV-nin “Səhər-səhər” verilişində əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. İfaçı Seyidcahan haqda sərt sözlər deyib:

"O insana qalmaqal lazımdır, çünki sənəti yoxdur. Çox qurdlu, kin-küdurətli qadındır. Mənim elə anam olsaydı, onu analıqdan çıxarardım. Özünə hörmət et. Sənin özündən böyük oğlun var. Oğlun səndən utanır. Oğlun səninlə illərdir ki, danışmır. Səni adam yerinə qoymur. Oğlunun ayağındakı əxlaq, tərbiyyə, təki onun anasının bütün canında olardı”.

Qeyd edək ki, Elzanın oğlu Əkbər musiqiçidir.



loading...


                 

Digər