Əlikramı Daxili İşlər Nazirliyinə çağırıblar

Əlikramı Daxili İşlər Nazirliyinə çağırıblar
2339 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əlikram Bayramovu üç dəfə polis bölməsinə çağırıblar.

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı "Hər şey daxil" verilişində deyib. Buna səbəb onun prodüserinin polis tərəfindən axtarışda olmasıdır:

"350 minlik səhifəm var idi. Əvvəl saxta izləyici vurdurmuşdum, etiraf edirəm. Qəfildən "Youtube"um bağlandı, maraqlandım. Əli Baxşıyev mənim yerlimdir, onla görüşdük. Danışdım hadisəni ona. Dedilər, efirdən olan görüntülərimi yerləşdirdiyim üçün kanallar şikayət edib və bağlanıb.
 
Əli ilə çalışdıq, qayıtdı ki, bu səhifəni təsdiqlədiq. Notariusda bunu təsdiqlətdim. Onunla da müqavilə bağladım. Dedi nə vaxt istəsən, poza bilərsən. Mənim "Youtube"u işlətdi, eyni zamanda prodüserlik etdi.

Qəfildən Rusiyaya getdi. Ondan sonra mənə Daxili İşlər Nazirliyindən zəng edirlər və bölməyə çağırırlar. Getdim, dedilər ki, Əli Baxşıyev adlı prodüseriniz var? Əlaqəsini soruşdular, nömrəsinə zəng çatmırdı.

Bir neçə müğənni ondan Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıb. O, hakkerlik edib və bir çox səhifələri bağlatdırıb".