Aktrisa rüşvət verdiyinə görə həbs edildi

Aktrisa rüşvət verdiyinə görə həbs edildi
10918 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ümidsiz ev qadınları” serialının aktrisası Felisiti Hafman qızının universitetə qəbul olunması üçün rüvşət verdiyinə görə həbs edilib.

Axşam.az xarici Mətbuata istinadən xəbər verir ki, ABŞ-da Hafmanla birlikdə 50 nəfərin övladlarının seçilən universitetlərdə təhsil alması üçün milyonlarla dollar xərclədiyi ortaya çıxıb.

Rüşvət verdikləri universitetin müəllimi pulu alandan sonra həbs edilib. O, buna görə də polislə əlbir olaraq, rüşvət alanların siyahısını hazırlamaqda onlara kömək olub.

Hafman 18 yaşlı qızı Sofiyanın universitetə qəbul edilməsi üçün imtahan balını yüksəltdiyinə görə 15 min dollar rüşvət ödəyib.

Hadisələr gün üzünə çıxandan sonra aktrisa həbs edilərək, Los-Anceles məhkəməsinə gətirilib.

Qeyd edək ki, aralarında hollivud ulduzları və iş adamlarının olduğu 50 nəfər şirkət vasitəsilə 25 milyon dollar ödəmə gerçəkləşdirib, övladlarının daha yaxşı təhsil almasını istəyərək, rüşvət veriblər.

Həmin şirkət əslində idmançı olmayan şagirdlərə saxta profillər yaradaraq idmançılar kateqoriyasından universitetə daxil olmasına xidmət göstərib.

Məhkəmə sənədlərində bir çox tələbənin ailəsinin etdiyi bu hərəkətdən xəbərdar olmadığı ortaya çıxıb.