"Gürcü xəngəli 5, kofe və salat 30 dollardır" - Hüsniyyə bahaçılıqdan gileyləndi

"Gürcü xəngəli 5, kofe və salat 30 dollardır" -  Hüsniyyə bahaçılıqdan gileyləndi
3690 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Hüsniyə Məhərrəmova "Eurovision 2019" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərləri ilə görüşmək üçün Tel-Əvivə yollanıb.

Axşam.az-ın məlumatına görə, aparıcı İsraildə hər şeyin baha olduğunu deyib. O, yemək üçün ödədiyi qiymətləri açıqlayıb:

"Tel-Əviv çox gözəldir: dəniz, isti hava, çimərlik, sörfinq sürən qəşəng oğlanlar. Bircə çox bahadır. Otelimizin yanında gürcü restoranı var. Bir ədəd gürcü xəngəli 5 dollardır. Bir badə çaxır 15 dollar. Bir salat və kofeyə 30 dollar ödədik. Amma buna baxmayaraq, çox gözəldir".

Qeyd edək ki, bu il ölkəmizi "Eurovision"da Çingiz Mustafayev təmsil edəcək.