Ev şəraitində hazırlanan dəri təmizləyici maskalar

Ev şəraitində hazırlanan dəri təmizləyici maskalar
2205 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir insanın dəri quruluşuna təsir edən bir sıra amillər var. Bunlar genetik, yaş, dəri baxımı və psixologiyadır.

Dəri təmizləyici maskalar, hər yaşa, hər bir dəri tipinə görə fərqlilik göstərir. Təmizliyinə laqeydlik edilmiş bir dəri xüsusilə bu şəhər həyatının tozlu və stress şəraitində qısa müddətdə problemli olmasına şərait yaradır. Bu səbəblə öz dəri tipinizə uyğun dəri təmizləyici maskaları istifadə etməyiniz tövsiyə olunur.

Bu gün sizlərə ev şəraitində kimyəvi məhsullardan istifadə etmədən asanlıqla hazırlaya biləcəyiniz maskaların bir neçəsinin təqdim edirik.

Qara nöqtələr üçün təsirli maska:

1 ədəd limon
bir kasa qatıq

Bir limonun suyunu yaxşıca sıxın. Daha sonra limon suyunu bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə gözlərinizdən başqa hər yerinə yaxın. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol suyla maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu  görəcəksiniz.

Dərini canlandıran  maska:

bir çimdik darçın
yarım stəkan süd
bir çimdik dəfnə yarpağı
1 ədəd yumurta
bir az ərik suyu

Qaysı suyuna darçını və dəfnə yarpağını əlavə edin və qarışdıraraq qaynadın. Daha sonra süd və yumurta da əlavə edərək qarışdırın. Bədəninizdə istədiyiniz yerlərə bu maskanı tətbiq edin .10 dəqiqə sonra ilıq və bol suyla durulayın. Sızanaqlara qarşı da təsirli olan bu maska dəriyə parlaqlıq və canlılıq verir.

Üz nəmləndirici maska:

1 xörək qaşığı süd
1 yumurta sarısı
nazik tənzif

Yumurta sarısı ilə südü yaxşıca qarışdırın. Bu qarışığı üzünüzün hər yerinə bərabər şəkildə yaxın. Daha sonra üzünüzü nazik tənziflə  örtün. 15 dəqiqə  gözlədikdən sonra kağız dəsmalla üzünüzü silərək təmizləyin. Əvvəlcə ilıq sonra soyuq su ilə üzünüzü yaxalayın. Bu maska həm dərinizi qidalandıracaq, həm də nəmləndirəcək.