Məşhur “Yüz ilin tənhalığı” romanı serial olur - “Netflix” çəkəcək

Məşhur “Yüz ilin tənhalığı” romanı serial olur - “Netflix” çəkəcək
11265 dəfə oxunub
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı olan yazıçı Qabriel Qarsiya Markezin “Yüz ilin tənhalığı” romanını “Netflix” platforması ekranlaşdırır.

Axşam.az xəbər verir ki, 1967-ci ildə çıxan və indiyədək 50 milyondan çox nüsxəsi satılan əsər serial şəklində ekranlarda olacaq.

Serialı Markezin oğlu Radriqo Qarsiya ərsəyə gətirəcək. O bildirib ki, ekran işi orijinallığını itirməsin deyə, ispan dilində olacaq.

Qeyd edək ki, Markezin ən önəmli əsərləri arasında yer alan əsər Xose Arkadio Buendianın gördüyü bir xəyaldan sonra çay ətradfında qurduğu “Makondo” adlı bir qəsəbə qurmasından və Buendia ailəsinin hekayəsindən bəhs edir.

Onu da bildirək ki, Markez Kolumbiya xalqının xəzinəsi hesab olunur. Məşhur yazıçı 2014-cü ildə 87 yaşında dünyasını itirəndə həmin dövrdə fəaliyyət göstərən prezident üç gün matəm elan etmişdi.