Mədəniyyət Nazirliyində yeni kadr təyinatları

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları
11040 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.

Axşam.az “Report”a istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəfərova Türkan Orucəli qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri təyin edilib.

T.Cəfərova bu təyinata qədər həmin sektorda baş məsləhətçi vəzifəsində çalışıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi vəzifəsi isə Elnarə Quliyevaya həvalə olunub.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov faktı “Report”a təsdiqləyib.