“Bakirliyimi 17 yaşında itirmişəm” - Elvin Abdullayev + Müsahibə

“Bakirliyimi 17 yaşında itirmişəm” - Elvin Abdullayev + Müsahibə
31939 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayevin Axşam.az-a müsahibəsi:

– Çəkdirdiyiniz klipləriniz sosial mediada “Yeni ulduz”dakı görüntüləriniz qədər izlənmir. Bunun səbəbi nədir?

– İnsanlar çox bəsit, qalmaqal və biabırçı görüntülərə daha çox önəm verirlər. Buraya söyüşlü və intim videolar da daxildir. Tanınmamış başdanxarab insanların videolarının da nə qədər izləndiyinin fərqindəyəm. Sosial mediada yayılan “Yeni ulduz” müsabiqəsinin seçim turlarından olan görüntülərdə mənə müxtəlif rəylər gəlmişdi. Biri yazmışdı ki, alçaq dağları bu yaradıb, filan yerin behini verib və sair. Heç vaxt rəylərə cavab yazmamışam. Görünür ki, insanları daha çox bunlar maraqlandırır. Görüm bunun əvvəli necə olub, yaxud indi kim olub ki? Haradan gəlib və digər...

– Belə rəylərə reaksiya verirsiniz?

– Rəy bölməsinə zarafatyana bir obyekt kimi yanaşıram. Heç kim orada ciddi ola bilmir. Hamı öz fikrini bildirir, əksəriyyəti ağzına gələni danışır.

“BAŞQALARI KİMİ GÜNDƏ EVLƏNİB, BOŞANMAĞI SEVMİRƏM”

– Tez-tez məclislərə gedirsiniz. Həmin yerlərdə sizə göz qoyan xanımlardan özünüzü qoruyursunuz?

– Getdiyim məclislərdə kiminləsə baxışmıram. İş prosesində belə şeyləri qəbul etmirəm. İlk növbədə ailəliyəm, bu, yaxşı bir iş deyil. Tanış olmaq olar təbii ki... Ancaq baxışmaq, filan keçmişdə qalıb. Özümü qorumağa isə ehtiyac yoxdur. Həyat davam edir. Nə olsun ki, evliyəm? Başqaları kimi gündə evlənib, boşanmağı sevmirəm. Ailəmə və övladlarıma sadiqəm.

– Bəs, İnstaqram “direct”dən tanış olmaq üçün yazanlar olur?

– Hazırda “direct”imdə 256 oxunmamış mesaj var ki, onlar çox əcaibdir. Bunların hamısını xanımlar yazıb. Nömrə yazan kim, görüntülü zəng edən kim... Elə təkliflər edirlər ki, şoka düşürəm. Düşünürəm ki, bizim bəzi başdanxarab xanımlar niyə bu səviyyəyə çatıb?

– Evli olmağınız isə tanışlığa mane olur...

– Bundan narazı deyiləm. 6 ildir evliyəm, bizdə hər şey qaydasındadır.

“EVDƏ BİR DƏNƏ KİŞİ OLAR” DEYİMİ İLƏ RAZI DEYİLƏM”

– Evdə kimin sözü keçir?

– Evdə hər ikimizin sözü keçir. Mənim də, həyat yoldaşımın da... Azərbaycan mentalitetində yer alan “Evdə bir dənə kişi olar” deyimi ilə razı deyiləm. Qadın da insandır. Arada ona qulaq asmaq lazımdır. Çünki bəzən onların ağıllı fikirləri olur. Sən də ağıllı ol ki, o fikri qap və istifadə et.

– Elvin evlilikdə romantikdir, ya sərt?

– Görünüşüm insanları aldadır. Bəziləri yekəxana, bəziləri kobud deyir. Son iki ildə insanların fikri dəyişib. Çox sadə insanam, səmimi adamlarla münasibət qurmağı sevirəm. Yetərincə romantikəm, sərt olmağı xoşlamıram. İnsanları da pozitiv olmağa çağırıram.

“SUBAYLIĞI YETƏRİNCƏ DADA BİLMƏMİŞƏM”

– Bəs, evli kişinin subay kişidən fərqi nədir?

– Evli kişi evə vaxtında, subay isə istədiyi vaxtda gedir. Subay olmaq yaradıcı insan üçün daha yaxşıdır. Yaradıcı insan tək qalmalı, ailə qurmamalıdır. Düzdür, ailə qurmuşam, xoşbəxtəm. Ancaq evlənmək yaradıcı insana maneələr törədir. Elə olur ki, səhərəyaxın evə gəlirəm. Bu, mənim üçün problem deyil. Ən çox ailəmlə vaxt keçirməyi sevirəm.

– Ürəyinizdə qalan istək var? Hansı ki, kaş subay olardım, bunu edərdim deyirsiniz?

– Hərdən subaylara qibtə edirəm. Bunu başqa yerə yozmasınlar. Sadəcə, içimdən keçənləri deyirəm. Düşünürəm ki, subaylığı yetərincə dada bilməmişəm.



– Subaylığı yetərincə dada bilməyən Elvin bakirliyini nə vaxt itirib?

– Bakirliyimi 17 yaşımda itirmişəm.

– Yuxarıda qeyd etdiniz ki, sərt görünsəm də, romantikəm. Qadınlar isə adətən sərt kişiləri seksual hesab edirlər. Bəs, siz özünüzü seksual hesab edirsiniz?

– Özümü səksən faiz seksual hesab edirəm. Həyat gözəldir. Çalışın istədiyiniz kimi, xoşbəxt yaşayasınız. Həyatı doya-doya yaşamaq lazımdır.

Pərviz HÜSEYN

Fotolar: Elgün ZAMAN