Tomas Anderson Bakıya gəlir

Tomas Anderson Bakıya gəlir
10939 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Anderson konserti keçiriləcək.

Mərkəzdən Axşam.az-a verilən məlumata görə, konsert mayın 7-də baş tutacaq.

"Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Qeyd edək ki, T.Anders ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb.