Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi, iş adamı Taha Tatlıcandan ayrıldığını açıqlamışdı.

Axşam.az-ın məlumatına görə, model hətta kamera qarşısında ağlayaraq, onu çox sevdiyini demiş, pis olduğunu gizlədə bilməmişdi.

Ötən gün isə Türkiyədə baş tutan "Türkiyenin inci kadınları" mükafatlandırma gecəsinə Musayeva Taha ilə birlikdə qatılıb. İş adamı Günayla gecədə çəkdirdiyi fotonu İnstaqram səhifəsində yayımlayıb və "Dünən verilən "Türkiyənin incileri" mükafatının "Sembol kadını" mükafatının sahibi, təbrik edirəm" sözlərini yazıb.

Günay da keçmiş sevgilisinin həmin paylaşımını öz səhifəsində yerləşdirib.

Qeyd edək ki, Günay “Atv maqazin onlarla”ya açıqlamasında "8 aydır  bərabər idik, yaxın günlərdə ayrılmışıq. 30 yaşımdan sonra ilk dəfə aşiq oldum. Çox gözəl bir eşq yaşadım. Çox gözəl hisslər idi. Həmişə düşünürdüm ki, övladım böyüyəndə məndən sevgi barədə soruşanda nə deyəcəm? Şükür ki, övladıma danışacağım gözəl bir hekayəm var. Paylaşdığım fotolar xoşbəxt anların xatirələri idi. Bir az uzaq qaldıq, çox çətindir” sözlərini demişdi.



                 

Digər