Itırın Acundan sonrakı dəyişimi - Fotolar

Itırın Acundan sonrakı dəyişimi - Fotolar
13586 dəfə oxunub
  • A-
  • A
  • A+

Tv8-in sahibi, aparıcı Acun Ilıcalı ilə eşq yaşayan model Itır Esen yenidən sosial medianın gündəminə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, geyimlərinə görə tənqid olunub. Modeln paylaşımlarına "Nə qədər qazanır ki, belə bahalı paltarlar alır" kimi şərhlər gəlib. 

Əvvəllər məşhur markaların geyimlərinə üstünlük verməyən Itırın son zamanlar "Balenciaga", "Vetements", "Burberry" kimi brendlərdən istifadə etməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, o, "Yeşilçam"ın sevilən aktyoru Hayri Esenin nəvəsidir. Itır ilk dəfə 2017-ci ildə keçirilən gözəllik yarışmasında 1-ci yeri qazandıqdan sonra tanınıb. Lakin şəhidlər haqda olan paylaşımından sonra tacı əlindən alınıb.