Sanqt-Peterburqda məşhur model Olqa Pantyuşenkova vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı qadının hələ fevralın 6-da öldüyü ortaya çıxıb. Bu haqda ailəsi 20 gündən sonra məlumat yayıb. 

Olqa 1991-ci ildə "Супермодель СССР" yarışmasında üçüncü olub. O, dünyanın ən məşhur moda evlərinin dəfilələrində podiuma çıxıb. Model təkcə Rusiyada deyil, dünyada da məşhur olub. Onun nədən vəfat etdiyi hələ açıqlanmayıb.





                 

Digər