Nüşabə Ələsgərli kirayədə yaşayır?

Nüşabə Ələsgərli kirayədə yaşayır?
3029 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərli "5/5" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal müğənniyə "Eşitdik ki, kirayədə qalırsan" sözlərinə müğənni belə münasibət bildirib: 

"Cavab vermirəm. Sual verəndə başlayırsan danışmağa. Kimin nəyi var sağlığına qismət. Nəyi də yoxdur Allah versin. Sonradan görənə də Allah kömək olsun. Mənim nəyimin olub-olmadığını deyənlər ovcunun içi kimi bilir necəyəm. Allah onun köməyi olsun. Niyə kirayədə yaşamalıyam? Lap yaşayıram, yığışıb pul qoyub mənə ev alsınlar".

Verilişdə qonaq olan əməkdar artist Ədalət Şükürov isə "Nüşabə xanım şəhərin bahalı yerində villada yaşayanda heç biz oxuyanların evi yox idi" deyib. 

Müğənni Səidə Sultan isə "Şou-biznesdə ən gözəl ev, gözəllik salonu birinci elə Nüşabə xanımda olub. İbrahim Tatlısəsi oğlunun toyuna gətirən o idi" sözlərini əlavə edib.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı N.Ələsgərlinin kirayədə yaşadığı xəbərini yaymışdı.