Kemal onu təhqir edənləri cəzalandıracaq: “İllərdir nə anam qaldı, nə bacım”

Kemal onu təhqir edənləri cəzalandıracaq: “İllərdir nə anam qaldı, nə bacım”
11495 dəfə oxunub
  • A-
  • A
  • A+

“İşte benim stilim” yarışması ilə daha da məşhurlaşan stilist Kemal Doğulu Tvitter hesabında onu təhqir edənlərə cavab yazıb.

Axşam.az xəbər verir ki, o, illərdir söyüldüyünü bildirib.

“Artıq yetər. Mən də insanam. İllərdir nə anam qaldı, nə bacım. Susdum, amma buraya qədər. Bundan sonra ən kiçik söyüş söyənin alt paltarına qədər alacağam. Yaşı kiçik olanların da ailəsinin başını ağrıdacağam. Fotonuz, adınızın olmaması da fərq etmir”.

Qeyd edək ki, Kemal Doğulunu ən çox təhqir edənlər onun həyat tərzini qınayanlardır.