Castin Biber depressiyadadır

Castin Biber depressiyadadır
11715 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli ifaçı Castin Biber depressiyaya düşüb.

Axşam.az xəbər verir ki, bu barədə “People” dərgisi məlumat yayıb.

Bildirilir ki, ötən aylarda Heyli Bolduinlə evlənən müğənni özü ilə mübarizə aparır.

“Castin çox yorğun və bitkindir. Amma bunun Heyli ilə əlaqəsi yoxdur. Onunla evlidir deyə, xoşbəxtdir. Mənəvi boşluq içərisindədir. Əvvəllər sevimli və şirin bir gənc idi. Bütün dünyada məşhur olması onu dəyişdirdi” deyə, bildirilir.

Qeyd edək ki, Castin Biberin eks-sevgilisi Selena Qomezdən sonra depressiyaya düşməsi də iddia olunur.